Logo

AzMİU-da ekoloji təhlükəsizliklə bağlı master-klas təşkil olunub

10.10.2025 14:31 68 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Davamlı inkişafın idarəedilməsi” ixtisası üzrə təhsil alan tələbələri üçün növbəti karyera yönümlü master-klas keçirilib.

AzMİU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, universitetin Təcrübə və Karyera Mərkəzi ilə Sənayenin təşkili və idarəedilməsi kafedrasının birgə əməkdaşlığı çərçivəsində reallaşan tədbir “Ekoloji təhlükəsizlik və regionların davamlılığı” mövzusuna həsr olunub.

Yaşıl layihələndirmə və iqlim dəyişmələri üzrə ekspert, “ESDGoals” MMC-nin təsisçisi və direktoru Elmir Məmmədli tərəfindən aparılan interaktiv sessiyada ekoloji problemlərin sosial-iqtisadi inkişafa təsiri, iqlim dəyişmələrinin idarə olunmasında innovativ yanaşmalar, regionların davamlı inkişaf modeli, yaşıl enerji və dövri iqtisadiyyat prinsiplərinin tətbiqi kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.

Ekspert tələbələrlə öz təcrübəsini bölüşərək beynəlxalq layihələrdən maraqlı nümunələr təqdim edib, ekoloji təhlükəsizlik sahəsində düzgün idarəetmə strategiyalarının müasir dünyanın tələbləri baxımından əhəmiyyətini vurğulayıb.

 

 

 

 


 

Xəbər lenti