Logo

İspaniyada dəqiq təbabət sahəsində 46 tədqiqat layihəsinə təqribən 30 milyon avro ayrılır

02.03.2022 19:49 518 baxış
IMG

İspaniyanın Elm və İnnovasiyalar Nazirliyi nəzdində III Karlos adına Sağlamlıq İnstitutu (ISCIII) dəqiq təbabət sahəsində 46 tədqiqat layihəsinə 29,4 milyon avro ayırır.

Bu sahədə ilk müsabiqə İspaniyada bioloji təbabət tədqiqatlarının maliyyələşdirilməsinin ən böyük vasitəsi olan Səhiyyə sahəsində strateji fəaliyyətin (AES) bir hissəsidir.

Maliyyələşdirilən layihələr İspaniyanın dövlət tədqiqat mərkəzləri, universitetlər və müxtəlif muxtar icmalara məxsus olan bioloji təbabət tədqiqat təşkilatları tərəfindən idarə ediləcək. Tədqiqatlar xərçəng xəstəliyinin müalicəsi zamanı personallaşdırılma, müxtəlif xəstəliklərin biomarkerlərinin identifikasiyası, diabet zamanı dəqiq təbabətdən istifadə, uşaqlarda şişlərin öyrənilməsi, insultun müalicəsi zamanı kənar effektlərin profilaktikası, ürək patologiyalarının tədqiqatı və autistik spektr pozulmalarının genetik təhlili kimi məsələlər üzrə qrant dəstəyi sayəsində aparılacaq.

Bu müsabiqə dəqiq təbabətə, qabaqcıl müalicə üsullarına və süni intellektə əsaslanan yüksəkeffektli səhiyyə sisteminin yaradılmasına kömək etməyə yönəldilmiş strateji iqtisadi transformasiya və bərpa layihələrinin (PERTE) bir hissəsidir.

Bu müsabiqəyə əlavə olaraq, ISCIII və 2022-ci il üçün Səhiyyə sahəsində strateji fəaliyyət 80 milyon avrodan çox həcmdə fondla ən dəqiq təbabətə yönəldilən yeni layihə ilə çıxış edəcəklər.

Bu layihələr dəqiq təbabətin inkişafına yönəldilib. ISCIII elm və texnologiya ilə bağlı olan dəqiq təbabətin infrastrukturu üçün qrantlar alınmasından ötrü müsabiqəni dövriyyəyə buraxıb, təsdiqləyib və qərar çıxararaq, 2020-ci ildə dəqiq təbabətin əsaslarını qoyub. İspaniyanın Elm və İnnovasiyalar Nazirliyi paralel olaraq, dəqiq təbabətin milli strategiyasını hazırlayır.

Azərtac

Xəbər lenti