Logo

Əfqanıstanda tələbələr pulsuz ərzaqla təmin ediləcək - FOTO

01.03.2022 08:49 659 baxış
IMG

Əfqanıstanda tələbə yataqxanalarında tələbələr pulsuz ərzaqla təmin ediləcək.

Bununla əlaqədar olaraq “Taliban” rəhbərliyində təmsil olunan şəxslərlə “Arzaq” şirkətinin nümayəndələri arasında razılıq əldə edilib, qarşılıqlı müqavilə imzalanıb.

Hələlik Kabil şəhəri və Nəngərhar vilayətində yerləşən universitetlərin tələbələri pulsuz ərzaqla təmin ediləcək.

Gələcəkdə eyni şirkətlə ölkənin digər universitetlərini də ərzaqla təmin etmək üçün müqavilənin bağlanması gözlənilir.

Mənbə: Sputnik Əfqanıstan

Xəbər lenti