Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin tələbə-müəllim heyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qəbələ rayonuna səfər edib.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, səfər zamanı Nic kəndi, alban kilsələri, "Azərbaycan Udi Ocağı" tarixi etnoqrafik park muzeyi, Müqəddəs Yelisey adına Cotari kilsəsi, Bulun kilsəsi, Alban-udi xristian dini icması ziyarət edilib.
2019-cu ildə Heydər Əliyev Fondu Bulun kilsəsində bərpa işlərinə başlayıb və 2020-ci ildə 44 günlük müharibə zamanı bərpa işləri başa çatıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2021-ci il mayın 15-də Bulun kilsəsini və Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət edib, görülən işlərlə tanış olub.
"Azərbaycan Udi Ocağı” tarixi etnoqrafik park muzeyinə ziyarət zamanı Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Alban-udi xristian icmasına və alban kilsələrinə göstərilən qayğıdan bəhs edib.
Alban-udi xristian icmasının sədri Robert Mobili "Azərbaycan Udi Ocağı"nın gənc nəslin tariximizi öyrənməsi və hörmət etməsi yönündə oynadığı roldan danışıb, ziyarətçiləri muzeylə yaxından tanış edib.