Logo

"Üzüklərin hökmdarı"nın ulduzu xəstəxanalıq oldu

18.06.2024 14:22 176 baxış
IMG

"Üzüklərin hökmdarı" və "Hobbit" filmlərində "Gendalf" rolu ilə sevilən məşhur britaniyalı aktyor İan Makkellen Londondakı (Böyük Britaniya) Noel Kauard Teatrında "Oyunçu kralları" ("Player Kings") tamaşası zamanı səhnədən yıxılaraq xəsarət alıb.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, 85 yaşlı aktyor döyüş səhnəsini canlandırarkən tarazlığını itirib.

Bundan sonra tamaşa ləğv edilib. İan Makkellen isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, İan Makkellen karyerası ərzində 70-dən çox teatr tamaşasında və 130-dan artıq filmdə rol alıb. O, 1979-cu ildə Britaniya İmperiyası Ordeninin komandoru, 1991-ci ildə isə kino və teatr sənətinə verdiyi töhfələrə görə "Cəngavər" tituluna layiq görülüb.

Xəbər lenti