Logo

Qazaxıstanlı alimlər Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi təcrübədə olublar

17.04.2024 13:40 114 baxış
IMG

Qazaxıstan Milli Aqrar Universitetinin və Qazaxıstan Milli Aqrar Tədqiqatlar Universitetinin alimləri “Qərbi Qazaxıstan regionunun yaşıl inkişaf kontekstində təbii-təsərrüfat və sosial-iqtisadi sistemlərin dayanıqlı inkişafı: kompleks təhlil, konsepsiya, proqnoz qiymətləndirmə və ssenarilər” mövzusunda qrant layihəsi əsasında Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi təcrübədə olublar.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, direktor Əlövsət Quliyev qonaqlara rəhbəri olduğu elmi müəssisədə COP29-la bağlı görüləcək işlər barədə məlumat verib və yeni tədqiqatların işğaldan azad olunmuş torpaqlarda aparılacağını bildirib. Görüşdə laboratoriya müdirləri ayrı-ayrılıqda elmi fəaliyyətləri haqqında məlumat verərək nəşr olunmuş bəzi monoqrafiyaları Qazaxıstan alimlərinə təqdim ediblər. 

Sonda qonaqlara sertifikatlar təqdim edilib.

Xəbər lenti