Logo

Doğu Akdeniz Universitetində keçirilən beynəlxalq tədbirdə azərbaycanlı tələbələr iştirak ediblər - FOTO

04.10.2023 13:01 128 baxış
IMG

Azərbaycan Şimali Kipr Türk Respublikasında yerləşən Doğu Akdeniz Universitetində (DAÜ) keçirilən beynəlxalq tədbirdə təmsil olunub.

Tehsil.biz xəbər verir ki, DAÜ-da fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Cəmiyyətinin təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində milli-mənəvi dəyərlərimizi əks etdirən kitablar və suvenirlər, müxtəlif nümunələr nümayiş etdirilib. Cəmiyyətin sədri Əhməd Həsənli, DAÜ-nün tələbələri Mədinə Bağırova, Səfər Babayev, Dilarə Allahverdiyeva və Xanim Hümbətova türk və ingilis dillərində əcnəbi tələbələrə ölkəmiz haqqında ətraflı məlumat verib, Azərbaycan həqiqətlərini diqqətə çatdırıblar.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, DAÜ-nün sabiq prorektoru, İqtisadiyyat və Dövlət idarəçiliyi Fakültəsinin professoru Dəniz İşçioğlu Azərbaycan guşəsini ziyarət etməklə gənclərimizi dəstəkləyiblər.

Xəbər lenti