Logo

“Alyans” Gənclər Mərkəzində Azərbaycan parlamentinin deputatları ilə görüş olub - FOTO

08.07.2023 10:14 323 baxış
IMG

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində Azərbaycan Milli Məclisinin deputatları ilə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qonaqları salamlayan mərkəzin sədri Leyla Əmrahova və icraçı direktor Rəna Hüseynova qurumun fəaliyyəti haqqında məlumat veriblər.

R.Hüseynova qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində mərkəzdə Azərbaycan, gürcü, ingilis, alman dilləri, həmçinin Azərbaycan tarixi, rəsm və xalçaçılıq üzrə kurslar fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanın əlamətdar günlərinin qeyd olunması, xalqımızın milli-mədəni irsinin və qədim tarixinin təbliği məqsədilə müxtəlif tədbirlər təşkil olunur.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Alyans” Gənclər Mərkəzinin keçirdiyi tədbirlər diqqətə çatdırılıb.

Görüşün Komitənin yaranmasının 21 illiyi ilə eyni vaxta təsadüf etdiyini vurğulayan icraçı direktor bu əlamətdar hadisə münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu və bütün əməkdaşları təbrik edib.

Sonra tədbirdə çıxış edən Milli Məclisin üzvləri Arzu Nağıyev və Rauf Əliyev mərkəzin fəaliyyətini yüksək qiymətləndirib, gəncləri maraqlandıran sualları cavablandırıblar.

Görüş müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş rəsm müsabiqəsinin qaliblərinə sertifikatların və mükafatların təqdim olunması ilə yekunlaşıb.

Xəbər lenti