Logo

Professordan Celal Şengörün Azərbaycanda zəlzələ olacağı ilə bağlı açıqlamasına REAKSİYA

04.07.2023 11:40 316 baxış
IMG

"Celal Şengör Azərbaycanda iyulun 4-ü gecə saat 00:01-də zəlzələ olacağını demişdi? Xeyr. Mən də deyirəm ki, Yaponiya, İran və Çində zəlzələlər olacaq. Olanda deyərsiniz ki, demişəm".

Tehsil.biz xəbər verir ki, bu sözləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengörün Azərbaycanda zəlzələ olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Q.Yetirmişli bildirib ki, fevralın 6-dan sonra İstanbulda zəlzələ olacağı deyilir:

"20 milyonluq şəhər əhalisi zəlzələ anını oturub gözləməlidir? Bu, absurddur. Ona görə deyirəm ki, şayiələrə qəti inanmayın", - Q.Yetirmişli əlavə edib.

Kənan Nağıbəyli

Xəbər lenti