Logo

Bişkekdə “44 günlük müqəddəs müharibənin xronologiyası” adlı 3 cildlik kitabın I cildi işıq üzü görüb

03.07.2023 22:03 356 baxış
IMG

Qırğızıstanın paytaxtı Bişkekdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “44 günlük müqəddəs müharibənin xronologiyası” adlı 3 cildlik kitabın birinci cildi işıq üzü görüb.

Tehsil.biz xəbər verir ki, yüksək poliqrafik üslubda işıq üzü görən 508 səhifəlik kitab Bişkekdə fəaliyyət göstərən və Nüsrət Məmmədovun rəhbərlik etdiyi Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən hazırlanaraq çap edilib.

Kitabda 44 günlük müharibə ərzində müvafiq dövlət qurumları rəhbərlərinin keçirdikləri brifinqlər, görüşlər, müsahibələr xronoloji ardıcıllıqla verilib.

Bişkekdəki “Uluu Toolor” nəşriyyatında çap edilən “44 günlük müqəddəs müharibənin xronologiyası” 3 cildliyində yer almış bütün materiallar Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-dan götürülüb.

Kitabın rus dilində çap edilməsi ondan təkcə türk dövlətlərində deyil, bütün post-sovet məkanında istifadə imkanlarını genişləndirəcək.

Qeyd edək ki, kitabın ilk təqdimatı Şuşada ulu öndər Heydər Əliyevin anadan olmasının 100, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr edilən “Planetlə dialoq” adlı filmin premyerası zamanı nəzərdə tutulur.

Xəbər lenti