Logo

ABŞ yenidən UNESCO-ya qayıdıb

01.07.2023 09:37 221 baxış
IMG

UNESCO-nun Baş Konfransının növbədənkənar sessiyasının iştirakçıları səs çoxluğu ilə borcun tədricən ödənilməsi üzrə Vaşinqtonun təklif etdiyi şərtlərlə ABŞ-nin təşkilata qayıtması haqqında qətnamə qəbul ediblər.

Tehsil.biz TASS-a istinadən xəbər verir ki, ümumilikdə 132 ölkə qətnamənin lehinə səs verib. 10 ölkə buna qarşı çıxıb, daha 15 ölkə isə bitərəf qalıb.

Qətnamənin qəbulu üçün 95 səs çoxluğu tələb olunduğundan qətnamə layihəsi təsdiq edilmiş sayılıb.

Xatırladaq ki, Vaşinqton 2017-ci ildə Tramp administrasiyası zamanında təşkilatın İsrailə münasibəti ilə bağlı UNESCO-dan çıxması barədə elan vermişdi.

Xəbər lenti