Logo

Azərbaycanla Rusiyanın fizika üzrə elmi məktəblərinin əməkdaşlığı “Poisk” qəzetində

30.06.2023 19:44 203 baxış
IMG

Rusiya Elmlər Akademiyasının (REA) rəsmi mətbu orqanı olan “Poisk” qəzetində Azərbaycan və Rusiyanın zəngin ənənələrə malik olan fizika üzrə elmi məktəblərinin, bu məktəblərin görkəmli nümayəndələrinin əməkdaşlığı haqqında məqalə yayımlanıb.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

AMEA-nın birinci vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimovun təşəbbüsü ilə “Sankt-Peterburqun Fizika-Texnika İnstitutu Azərbaycan fiziklərinin xatirələrində” («Санкт-Петербургский Физтех в воспоминаниях физиков Азербайджана») toplusunun hazırlanaraq işıq üzü gördüyünü qeyd edən müəllif qarşılıqlı əlaqələrdən ətraflı bəhs edib.

Məqalə ilə buradan tanış olmaq olar.

Xəbər lenti