Logo

Bütün zamanların ən yaxşı 10 müğənnisi - FOTO

29.06.2023 18:24 307 baxış
IMG

Kulis.az Bütün zamanların ən yaxşı 10 müğənnisini təqdim edir.

10. Cared Leto

Leto Thirty Seconds to Mars qrupunun solisti və gitaraçısıdır . Qrupu 1998-ci ildə Los Ancelesdə böyük qardaşı Şennon Leto ilə birlikdə qurdu. Thirty Seconds to Mars 2002-ci ildə öz adını daşıyan albomunu buraxdı və müsbət rəylər aldı. Onların sonrakı albomu A Beautiful Lie (2005) bir çox ölkədə yayımlanandan sonra məşhur oldu. This Is War (2009) albomu qrupun üçüncü albomudur. Onların dördüncü studiya albomu Love, Lust, Faith and Dreams (2013 ) may ayında buraxıldı. Albomun aparıcı mahnısı Up in the Air Mtv Video Music yarışmasında "Ən yaxşı rok klip" mükafatını qazandı. Qeyd edək ki, Leto kliplərinin rejissorluğunu da özü etmişdir.

9. Əmr Diab

Amr Diab 1983-cü ildən musiqi karyerasını davam etdirir.

8. Con Lennon

Con Uinston Ono Lennon The Beatles musiqi qrupunun üzvlərindən biridir.

7. Pol Makkartni

Pol Makkartninin Beatles üzvü kimi şöhrəti bütün dünyaya yayıldı. Makkartni və Lennon musiqi tarixinin ən başarılı və ən mühüm mahnı müəllifləri olublar . Makkartni 60 qızıl plak ilə ən uğurlu musiqiçidir və 100 milyon tək satışla Ginnesin Rekordlar Kitabına düşüb . O, "Sir" titulunu alan yeganə Beatles üzvüdür.

6. Robert Plant

Robert Entoni Plant dünyaca məşhur Led Zeppelin qrupunun əfsanəvi vokalçısıdır.

5. Madonna

Madonna Luiz Çikkone otuz ilin ən mühüm mədəniyyət simvollarından biridir , o, əyləncə sənayesində qadınları idarə edə bilir. Həmçinin, pop musiqisində lirik məzmunun sərhədlərini genişləndirərək böyük populyarlıq qazandı və video klipləri ilə MTV-də bir əfsanəyə çevrildi. O , musiqisini və görünüşünü daim yenidən kəşf etməsi və musiqi sənayesində özünəməxsusluğu ilə tanınır. Musiqi tənqidçiləri onun haqqında çox fərqli fikirlər söyləyiblər. O, dəfələrlə musiqi əsərləri ilə də bir çox mübahisələrə səbəb olub. Madonna "Pop kraliçası" olaraq dünyanın bir çox sənətçisində təəssürat yaradıb.

4. Vitni Hyuston

Vitni Hyuston dünyanın ən çox mükafatlandırılan qadın müğənnisi oldu və rekordlar kitabına düşdü. (2006-cı ilə qədər 411 mükafat)

3. Elvis Presli

Elvis Aaron Presli dünyada Rokn Rollun kralı kimi tanınır . Onun digər ləqəbi Elvis The Pelvis 1950-ci illərdə ona verilmişdir. Ona belə ləqəbin verilmə səbəbi o dövrün mühafizəkar cəmiyyətində yaraşıqlı və seksual olduğunu maraqlı rəqslə yanaşı, jarqon ifadəsinə görə verilib. Preslinin ən böyük üstünlüklərindən biri onun səsi idi. O, kilsə musiqisindən tutmuş populyar musiqiyə, Rock'n Rolldan blyuza qədər müxtəlif janrlarda əsərlər bəstələmişdir. O , "Now or Never" kimi operaya bənzər yaxın mahnıları ifa etdi . Onun “My Way” kimi cover əsərinin şöhrəti hətta orijinallarını da üstələyirdi.

2. Freddi Merkyuri

Freddi Merkyuri səhnədəki duruşu, şousu, hələ də bir çoxları tərəfindən dünyanın ən güclü vokalisti kimi tanınır, Queen qrupunun qurucusu və bu günə qədər dünyanın ən nüfuzlu vokalistidir. O, “Bohemian Rhapsody”, “Somebody to Love”, “We the Chempion”, “Don't Stop Me Now”, “Killer Queen” və “Crazy Little Thing Called Love” kimi əsərlərin müəllifidir. Həmçinin illər boyu sahib olduğu xarici görünüşü ilə nə qədər özünə inamlı və cəsarətli olduğunu musiqisi ilə bütün dünyaya hiss etdirdi. O, Queen qrupundakı işi ilə yanaşı, illər solist olaraq çalışıb. Merkyuri ilk Asiya Rok Ulduzu da adlanır . O, 1991-ci ildə QİÇS-in gətirdiyi fəsadlar nəticəsində dünyasını dəyişib və onun ölümü ictimaiyyətin bu xəstəlik haqqında məlumatını artırıb.

1. Maykl Cekson

Doqquz uşaqlı ailənin yeddincisi olaraq dünyaya gələn Maykl Cekson hələ 6 yaşında ikən 1964-cü ildə atasının qurduğu “Cekson 5” qrupunda musiqi həyatına başlayıb . Daha sonra Off the Wall (1979), Thriller (1982), Bad (1987), Dangerous (1991), HIStory (1995) kimi milyonlarla satılan solo albomlara imza atıb və "Pop Kralı" kimi şöhrət qazanıb. Onun albomları dünya üzrə 140 milyon nüsxədən çox satılıb. Maykl Cekson bütün zamanların ən çox satılan musiqiçisidir, təkcə studiya albomları 125 milyon albom satmışdır. “Thriller” albomu 55 milyon nüsxə ilə dünyada ən çox satılan albomdur. O, beş albomu ilə dünyanın ən çox satılan albomları siyahısında birinci şəxsdir. Tamamilə özünəməxsus rəqs tərzi ilə rəqsə yeni nəfəs gətirdi, hər kəsi heyran etdi, R&B kliplərindəki bir çox rəqs hərəkətləri Maykl Ceksona məxsusdur. Cekson, dünyanın ən yaxşı rəqs adamı kimi göstərilir. O, həmçinin Ginnesin Rekordlar Kitabına düşüb.

Xəbər lenti