Logo

Stiven Kinq Rusiyada kitablarının nəşrini dayandırdı

06.03.2022 14:49 420 baxış
IMG

Məşhur amerikalı yazıçı, qorxu, elmi-fantastika romanlarının müəllifi Stiven Kinq Rusiyada kitablarının nəşrini dayandırdığını açıqlayıb.

APA-nın xəbərinə görə, yazıçı bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Qeyd edək ki, Stiven Kinq bir neçə gün əvvəl Ukraynaya dəstək xarakterli paylaşım etmişdi. O, üzərində "Ukraynanın yanındayam" yazılmış köynəklə fotosunu paylaşaraq "Adətən, öz şəkillərimi paylaşmıram, amma bu gün istisnadır", - deyə qeyd etmişdi.

Xəbər lenti