Logo

Mariupolda məktəb binasına mərmi düşüb

02.03.2022 21:00 737 baxış
IMG

Rusiya hərbçiləri tərəfindən Mariupolun atəşə tutulması nəticəsində Kalmiusski rayonunda məktəb və ikimərtəbəli binaya mərmi düşüb.

“Qafqazinfo” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, ilkin məlumata görə, itki yoxdur. 

Polisin məlumatına görə, çərşənbə günü saat Mariupol şəhəri və Manquş şəhəri atəşə tutulub. Bir nəfər ölüb, iki polis yaralanıb. Doqquz obyekt: doğum evi, yataqxana, ərzaq mağazası dağıdılıb. Martın 1-də atışma zamanı isə bir uşaq yaralanıb. Bu gün həmin uşaq xəstəxanada dünyasını dəyişib.

Xəbər lenti