Logo

La discussion préliminaire de la thèse sur le doctorat en sciences a eu lieu à la Faculté de bibliothéconomie et d'information de BSU

29.09.2021 12:20 316 la revue
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Kitabxanaşünaslıq kafedrasının dosenti, doktorant Kazimi Pərviz Firudin oğlunun “Türkdilli dövlətlərin kitab və kitabxana mədəniyyəti (1991-2011-ci illər)” mövzusunda  elmlər doktorluğu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Tehsil.biz xəbər verir ki, dissertasiya işində ilk dəfə olaraq türkdilli xalqların kitab və kitabxana mədəniyyəti vahid platformada tədqiqata cəlb edilib, problemin həm tarixi, həm də müasir mənzərəsi verilib. Tədqiqat işində türk xalqlarının kitab və kitabxana mədəniyyətinin tarixi inteqrasiya problemləri, milli dəyərlər sistemində kitab və kitabxanaların rolu və müasir dövrdə əməkdaşlıq məsələləri öyrənilir və təhlil olunur.

Dissertasiyanın nəticə hissəsində mövzunun cəmiyyətə təsir mexanizminə aydınlıq gətirilmiş, türkdilli xalqlarının kitab və kitabxana mədəniyyətinin öyənilməsi sahəsində dünya təcrübəsinin elmi ümumiləşdirilməsi aparılmış, eyni zamanda tədqiqatın elmi, nəzəri və təcrübi yekunu ifadə olunmuşdur.

Dissertasiya kitabxanaçılıq və türkologiya sahələri üzrə mütəxəssislər üçün məzmunlu və əhatəli biblioqrafik mənbədir.

Fil d'actualité