Logo

Borçalımızın gələcəyi-SAİDA MAMEDOVA

17.05.2021 16:36 302 baxış
IMG

 

 

Saida Gürcüstanın Tsalka rayonunun Dağ-Sarvan kəndində anadan olub. Tsalka rayon orta məktəbində oxuyub. Kənd yerində oxumağa önəm verilməyən dövrdə Saida əksini edərək oxumağa maraq göstərib. Bu da ona uğurların qapısını aralamaqda kömək edib. 2020-ci ildə orda məktəbi bitirərək  “İvane Cavaxişvili adına Tbilisi Dövtən Universiteti”nin filologiya fakultəsinə qəbul olub.

Saida deyir:

-Hazırda Tiflisdə yaşayıram, kitab oxumağı çox sevirəm, həm işləyib həm təhsilimi davam etdirirəm. Azərbaycanlılar və Gürcülər arasında ünsiyyətinin daha da yaxın olmağına xidmət edən  “Qirmizi körpü” Orqanizasiyanın  üzvüyəm.

“Ali təhsili başa vurduqdan sonra nə düşünürsən” sualina isə Saida belə cavab verdi:

-Bəlkə də univerisiteti  bitirdikdən sonra bir çox yerdə işləmə şansım olacaq, amma mən öz doğma kəndimə qayitmaq istirəm. O kənd ki, çox çətinlik çəkərək bu günlərə gəldim. Univeristeti bitirdikdən sonra kəndə qayıdıb müəllimə işləmək istirəm. Bizim kənddə gürcü dilini çox az insan bilir buna görədə istəyirəm bir tək özümü yox, eyni zamanda kəndimin gələcəyini düşünüm.

 

Sonda qısa söhbət üçün Saidaya təşəkkür edirək bütün gənclərimizə Saidanı nümunə götürərək təhsilə önəm vermələrini arzulayıram.

Təhsil millətin gələcəyidir.

 

Yazının müəllifi: QALİB UZUNALOV

Xəbər lenti