Logo

“Repetitorluğun genişlənməsi kütləvi savadsızlıq yaradacaq” - Açıqlama

17.05.2021 15:29 1384 baxış
IMG

Müşahidələr göstərir ki, son zamanlar repetitorluq fəaliyyəti daha da inkişaf edib. Pandemiya səbəbilə uzun müddət tədrisin distant formada təşkili, bu fəaliyyətin daha da kütləvi xarakter daşımasına səbəb olub.

 

Bu haqda BAKU.WS-ə açıqlama verən təhsil eksperti Elçin Əfəndi, repititorluğun genişlənməsinin bir başa Təhsil nazirliyinin səhvi olduğunu və bu halın davam edəcəyi təqdirdə ölkəmizdə kütləvi savadsızlığın yaranacağını bildirib:

 

“2000-ci illərdən etibarən bu fəaliyyət daha da genişlənib. Bununda ən birinci səbəbi orta təhsil müəssislərində tədris edilən dərslərin keyfiyyətinin aşağı olması, ikinci səbəbi isə şagirdləri fərdi olaraq hazırlığa gəlməyə təhrik edən bəzi müəllimlərdir.

 

Həmin müəllimlərin belə etməsinə və repititorluğunu bu qədər inkişafına səbəb olan Təhsil Nazirliyidir.

 

Belə ki, tədris üzərində düzgün nəzarət mexanizmi yoxdur. Biz hansı müəllimi dindirsək, o maaşının onu qane etməməsindən şikayətlənəcək.

 

Belə olan halda isə, məcburdur ki məktəbdəki işindən əlavə repititor kimi də çalışsın. Valideynlər 4-5 yaşında uşağı hazırlığa fərdi müəllim yanına göndərirlər. Bu isə o deməkdir ki, bizdə repitorluq fəaliyyəti olmadan təhsil səviyyəsi sıfırdır.

 

Ekspert problemin qarşısını alınmağın yollarından da danışıb:

 

“Bunun üçün ilk addım müəllimlərin maaşının artırılmasıdır.

 

Repititor fəliayyəti ilə məşğul olan bütün müəllimlər vergiyə cəlb olunmalıdır.

 

Təhsil nazirliyi müəllim işləyənlərin repititorluq fəaliyyətini qəti sürətdə qadağan etməlidir.

 

Elçin Əfəndi, vəziyyətin belə davam edəcəyi təqdirdə, ölkədə kütləvi savadsızlığın baş alacağını bildirib:


“Repititorluğun inkişafının davamlı olması kütləvi savadsızlığa səbəb olacaq. Çünki hər bir ailənin maddi imkanı yoxdur ki, övladını fərdi müəllim yanına göndərsin...

 

Ölkədə 1 milyon 500-600 min təhsil alan varsa, 600 min şagird maddi cəhətdən çətinlik çəkməyərək hazırlığa gedə bilir. Lakin eyni tendensiya 1 milyon şagird üçün səciyyəvi deyil. Qarşıdakı dövrlərdə bizi ödənişli təhsil sistemi gözləyir.

 

Özəl məktəblər artacaq nəticədə rəqabət yaranacaq. Dövlət məktəbləri isə məcbur qalaraq savadlı müəllimlərə yüksək maaş verib onları işləməyə dəvət edəcək.

 

Nəticədə onlar da ödənişli təhsil sisteminə keçəcək. Bu da öz növbəsində ödənişli məktəblərin sayını artıracaq

Xəbər lenti