Logo

On mindən çox şagird Azərbaycan dilindən imtahan verəcək

17.05.2021 11:28 263 baxış
IMG

Azərbaycan dili (dövlət dili kimi) fənnindən test imtahanında ümumilikdə 17 min 987 (Bakıda 11844, Sumqayıtda 666, Abşeronda 558, Naxçıvanda 70, Gəncədə 1163, Şəmkirdə 105, Tovuzda 193, Mingəçevirdə 197, Yevlaxda 116, Şəkidə 102, Zaqatalada 265, Balakəndə 210, Qəbələdə 216, Qaxda 203, Bərdədə 185, Göyçayda 233, Şirvanda 281, Lənkəranda 304, Qubada 167, Qusarda 372, Xaçmazda 537) şagirdin iştirakı nəzərdə tutulur.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. İmtahanın idarə olunması üçün 88 ümumi imtahan rəhbəri, 226 imtahan rəhbəri, 1690 nəzarətçi-müəllim cəlb edilib, 176 buraxılış rejimi əməkdaşı (mühafizə), 88 bina nümayəndəsi ayrılıb.

 

Qeyd edək ki, DİM tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində mayın 20-də Azərbaycan dili (dövlət dili kimi) fənnindən test imtahanı keçiriləcək.

Xəbər lenti