Logo

“Sirlər xəzinəsi” intellektual müsabiqəsi davam edir

16.05.2021 17:29 250 baxış
IMG

Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər Fondunun “GəncApp” mobil tətbiqi üzərindən təşkil etdiyi “Sirlər xəzinəsi” intellektual müsabiqəsi davam edir.

 

Nazirlikdən bildirilib ki, mayın17-dən 21-dək davam edəcək növbəti müsabiqənin sualları hər gün “GəncApp” mobil tətbiqi üzərindən bildiriş vasitəsilə saat 21:00-da göndəriləcək. Sualları doğru cavablandıran gənclər müəyyən edilmiş qaydalara əsasən xallar əldə edəcək.

 

Müsabiqənin yekununda ən çox xal toplayan 3 gənc qalib seçiləcək. Qalibləri dəyərli hədiyyələr gözləyir.

 

Müsabiqə şərtləri çox sadədir:

 

"GəncAPP" mobil tətbiqini yükləməlisiniz;

 

Sualı təqdim edildiyi vaxtdan 60 dəqiqə müddətində cavablandırmaq şansınız var.

 

Müsabiqədə 16-29 yaş aralığında gənclər iştirak edə bilər.

Xəbər lenti