Logo

İxtisas magistraturasına qəbul olmaq istəyən bakalavrların nəzərinə!

15.05.2021 13:59 547 baxış
IMG

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar magistraturaya qəbul imtahanının test mərhələsindən sonra qabiliyyət imtahanı da verirlər.

 

Bu ixtisaslaşmalar üzrə magistraturaya qəbul imtahanında müsabiqə şərtini ödəmiş bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olaraq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramlarını seçə bilərlər.

 

Müsabiqə şərtlərini  ödəmiş bakalavrlar DİM-in müəyyən etdiyi tarixlərdə Mərkəzin saytının müvafiq səhifəsinə daxil olaraq müvafiq proqramları seçərək qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçəcəklər.  

 

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı Abituriyent jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.

 

Ali təhsil müəssislərinin magistratura səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimi cədvəli aşağıdakı kimidir.

 

http://dim.gov.az/upload/iblock/a2e/a2e5611b54ffc2942f2793f25692b54a.pdf

Xəbər lenti