Logo

Azərbaycan İdman Akademiyasında (ASA) “Sərrast atıcı” turnirləri təşkil edilib

02.12.2025 11:31 54 baxış
IMG

Noyabrın 3–6-sı tarixlərində Azərbaycan İdman Akademiyasının (ASA) atıcılıq tirində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Sərrast atıcı” turnirləri təşkil edilib.

TƏHSİL.BİZ xəbər verir ki,yarışlar iki istiqamətdə – Komanda idman növləri kafedrasının, eləcə də müxtəlif şöbə və bölmələrinin professor-müəllim kollektivi, inzibati heyət üzvləri, həmçinin “Komanda idman növləri” ixtisası (Atıcılıq) üzrə təhsil alan tələbələr arasında baş tutub.

Turnir Akademiyanın 80 əməkdaşının iştirakı ilə maraqlı və yüksək rəqabət şəraitində keçib. Hədəfi dəqiq nişan alan iştirakçılar arasında kişi və qadınlar üzrə qaliblər: I yer – Ervin Quliyev, Rühəngiz Əsgərova; II yer – Təbriz Cabbarlı, Türkay Manaflı; III yer – Nicat Hüseynov, Nərminə Vəlizadə.

Turnirin paralel keçirilən digər hissəsində 65 gənc ixtisasçı iştirak edib, oğlanlar arasında qaliblər: I yer – Cavidan Azayev; II yer – Ağa Ağayev; III yer – Rəsul Hacıyev, qızlar arasında isə I yer – Leyla Babayeva; II yer – Əminə Ömərova; III yer – Xalidə Əliyeva layiq görülüb.

Sonda ilk 3 yeri tutan iştirakçılara diplom və hədiyyələr təqdim olunub.

Xəbər lenti