Logo

Orta məktəb idman sahəsində bir ayda beş birincilik qazanıb

02.12.2025 09:41 32 baxış
IMG

Noyabr ayı Bakı şəhəri E.Məmmədov adına 21 nömrəli tam orta məktəb üçün ardıcıl beş qələbə ilə yadda qalıb. Yeni tədris ilinin ilk aylarında həm şagirdlər, həm də müəllimlər müxtəlif səviyyəli yarışlarda birincilik əldə edərək məktəbin adının həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə səslənməsinə səbəb olublar.

TƏHSİL.BİZ xəbər verir ki, məktəbin X sinif şagirdi Əli Mayılzadə Daşkənddə keçirilən WAKO üzrə Dünya Kubokunda uğurlu çıxış edərək üçqat Dünya kuboku qalibi olub.

VIII sinif şagirdi Əhlinaz Şirinli karate üzrə Respublika çempionatında yüksək hazırlıq nümayiş etdirərək I yerə layiq görülüb. 

Məktəbin qızlardan ibarət voleybol komandası isə rayon məktəbləri arasında keçirilən yarışlarda rəqibləri üzərində inamlı qələbə qazanaraq I yeri tutub. 

Oğlanlardan ibarət futbol komandası da rayon turnirində uğurlu oyun sərgiləyərək qalib adını qazanıb.

Bundan başqa, məktəbin pedaqoji heyəti də idman sahəsində fəallıq nümayiş etdirib. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkil etdiyi voleybol yarışında 21 nömrəli tam orta məktəbin müəllimlər komandası I yerə layiq görülüb.

Xəbər lenti