Logo

ADPU-nun Fizika fakültəsinin “Dəvətli professor” layihəsi 

03.05.2021 13:04 1140 baxış
IMG

Pandemiya dövründə tələbələrin elmi biliklərinin zənginləşdirilməsi  və gələcəkdə mütəxəssis kimi formalaşmalarını təmin edəcək addımların atılması zəruridir.

 

Dəyişən və inkişaf edən elm sahələrindəki yeniliklərin təlim-tədris prosesinə daxil edilməsi, təlimin məzmununda dünya təhsil sisteminə inteqrasiya bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirovun təşəbüssü ilə “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil ediləcək “Dəvətli professor” layihəsi çərçivəsində ölkəmizdə fəaliyyət göstərən digər ali təhsil müəssisələrində çalışan tananmış professorlar və qabaqcıl müəllimlər  Fizika fakültəsinin tələbələrinə fizikanın müxtəlif bölmələrindən   mühazirələr oxuyacaq. 

 

Layihənin təşkilində əsas məqsəd ADPU ilə pedaqoji kadr hazırlığı ilə məşğul olan digər ali təhsil müəssisələri arasında inteqrasiyanın, əlaqələrin qurulması, təlim-tədris  prosesinin keyfiyyətinin və əhatə dairəsinin genişləndirilməsinə xidmət edən bilik mübadiləsinin aparılmasıdır. Mühazirələr bakalavriat səviyyəsində təhsil alan  tələbələrin fizika elminə  dair fərqli aspektlərdə müxtəlif məzmunlu biliklər əldə etməsinə, elmi biliklərinin dərinləşməsinə və təkmilləşməsinə imkan yaratmaqla, gələcəkdə elmi-pedaqoji və pedaqoji kadr kimi formalaşmalarına təkan vermiş olacaq.  

 

Mayın 3-dən etibarən start götürəcək “Dəvətli professor” layihəsi çərçivəsində ilkin olaraq Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən professor-müəllim heyətinin mühazirələrinin təşkili nəzərdə tutulub. Mühazirələrdə BDU-nun fizika üzrə tanınmış alimləri   Molekulyar fizika, Klassik mexanika, Optika, Bərk cisimlər fizikası və Kvant mexanikası fənlərindən aktual mövzularda müharizələr oxuyacaq.

Xəbər lenti