Logo

Bakı Slavyan Universitetində "İxtisasın dəyərləndirilməsi-2"  adlı layihə keçirilir

30.04.2021 10:12 972 baxış
IMG

Bakı Slavyan Universitetinin Gənc Diplomatlar Klubunun təşkilatçılığı ilə "İxtisasın dəyərləndirilməsi-2"  adlı layihəyə start verilir.

 

Layihə Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Beynəlxalq münasibətlər, Regionşünaslıq (müxtəlif ölkələr üzrə) ixtisasında təhsil alan tələbələr üçün keçirilir. Layihə çərçivəsində 2 may 2021-ci il, saat 16:00-da keçiriləcək vebinarın ilk qonağı jurnalist Nəcəf Manafov olacaq. 


Vebinarda "Ümumi ixtisas haqqında: Əsas sahələr”, “Ölkədə ixtisasın perspektivləri”, “Tələb olunan bacarıqlar-kompetensiyalar”, “Təcrübə: sosial aktivlik” mövzuları ətrafında gənclərlə söhbət aparılacaq.


 
Qeydiyyat üçün +994 70 854 20 33 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

Mətbuat və informasiya şöbəsi

Xəbər lenti