Logo

Honkonqlu direktor: İqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycan digər neft ölkələri üçün nümunədir

11.11.2024 16:58 241 baxış
IMG

COP29 konfransında ilk dəfədir iştirak edirəm və Azərbaycana ilk gəlişimdir. Tədbir çox yüksək səviyyədə təşkil olunub, bütün detallar nəzərə alınıb, əsasən COP29 məkanını çox bəyəndim.

Bunu TƏHSİL.BİZ -ə açıqlaması zamanı Honkonqda orta məktəb direktoru olan Kim Man Li deyib.

“Tədbirdə iştirak etməkdə məqsədim təhsil sahəsində çalışdığım üçün bu sektorda gənclərin iqlim dəyişikliyinə qarşı mübarizəyə necə töhfə vermələri barədə məlumatlanmaqdır. Neft ölkələri qlobal istiləşməyə töhfə vermələrinə baxmayaraq, iqlim dəyişikliyinə qarşı mübarizəyə də böyük töhfələr verir. Bu baxımdan Azərbaycan digər neft ölkələri üçün nümunədir”, - deyə Kim Man Li qeyd edib.

Xəbər lenti