Logo

Azərbaycan xalqı xəyanəti bağışlamayacaq

19.04.2021 12:29 401 baxış
IMG

Əksəriyyəti uğursuz, səriştəsiz, xain adamlardan təşkil olunmuş “AXC–Müsavat hakimiyyəti” hakimiyyətdə olduqları qısa zaman kəsiyində belə ilk növbədə Azərbaycan xalqına, xalq hərəkatına, həmvətənlərimizin təmiz, saf vətənpərvərlik hisslərinə xəyanət etdilər.

 

Müstəqilliyimizin ilk illəri olmasına baxmayaraq dövlətşilik, ordu, xalqın rifahı naminə heç bir addım atmayan bu hakimiyyət hətda ölkəmizin ərazi bütövlüyünün qorunması naminə heç bir addım atmadı. Yekəxana düşüncəli bu şəxslər nəinki, tarixi torpaqlarımızı mənfur düşməndən qoruya bildi, hətda Qarabağ kimi dilbər guşəmizin faktiki olaraq Ermənistan tərəfindən işğalına rəvac verdi. Məqsədi, hakimiyyət, vəzifə davası olan bu qrumun tərkibində olan ayrı-ayrı şəxslər öz aralarında vahid birlik qura bilməmişdilər. Bu səbəbdən vahid rəhbərliyin, komandanlığın olmaması, dövlətimizin, xalqımızın başına olmazın bəlalar gətirdi.

 

Arxa-arxaya Şuşa, Laçın, Kəlbəcər böyük müqavimətsiz düşmənə təslim edildi. Minlərlə insan şəhid edildi. Yüz minlərlə soydaşımız qaçqın, məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Heç bir idarəçilik səriştəsi olmayan bu xəyanətkar hakimiyyət baş verənləri anladıqda artıq gec idi.

 

Torpaqlarımız işğal altına düşmüş, ölkədə xaos, özbaşınalıq baş alıb gedirdi. Ayrı-ayrı şəxslər hətda mərkəzə tabe olmaqdan çəkinmir, Ölkə parçalanmanın, faktiki məhv olmanın astanasına yetişmişdi. Bu məqamda onlar çıxış yolunu ancaq xalqın böyük oğlu Heydər Əliyevdə görürdülər. Bəli tarix təkrarlanırdı. Zaman da göstərdi ki, Heydər Əliyev şəxsiyyəti, təcrübəsi, dühası olmasaydı Azərbaycanın bu günki varlığı şübhə altında olardı. AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyi, xaricdən maliyyələşməklə suverenliyimizi təhlükə altına alması baxımından hər bir vasitə ilə hakimiyyətə gəlmək arzusu zaman-zaman olmuş, lakin hər dəfə iflasa uğramışdır. 2003-cü ildə bu antimilli qüvvələr çevriliş yolu ilə hakimiyyətə gəlmək istəsələr də xalq onları bu dəfə də dəstəkləmədi. Çünki, qədirbilən xalqımız artıq ağı qaradan seçməyi bacarırdı. Bu cinayətkar, xalqını, dövlətini sevməyən cinayətkar birliyin sonralar 2005-ci ildə Azərbaycanda narıncı inqilab etmək istəkləri də ürəklərində qaldı.

 

Onlar unutmuşdular ki, Azərbaycanda artıq qanunçuluq, hüquq vardır. Ulu Öndərin layiqli davamçısı, qətiyyəti, dünyagörüşü ilə Azərbaycanı işıqlı gələcəyə, qələbəyə aparan cənab İlham Əliyev möhkəm özül üzərində  dövlətçilik yaratmışdır. Azərbaycan nəinki regionda, hətda dünyada hesablaşılan, etibarlı tərəfdaş ölkədir. Xalq öz Liderinə inanır bu gün. Çünki, qələbə də, uğur da birlikdə qazanılır! 

 

Şəfəq Balaşova
          Neftçala rayon sakini, müəllim

Xəbər lenti