Logo

“Böyük türkmanlar və türk dastan yaradıcılığı tarixinin Oğuznamə dövrü” kitabı çapdan çıxıb

24.06.2024 14:28 133 baxış
IMG

AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin müdiri professor Əfzələddin Əsgərin “Böyük türkmanlar və türk dastan yaradıcılığı tarixinin Oğuznamə dövrü” kitabı çapdan çıxıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, monoqrafiyada başlanğıcdan sona qədər Oğuznamə yaradıcılığının gedişatı (dinamikası) öyrənilir və bu epik yaradıcılıq hadisəsinin tarixində baş verən mühüm hadisələrin etnik proseslər və tarixi hadisələrlə əlaqəsi araşdırılır. Monoqrafiyada, həmçinin Oğuznamə nümunələrinin ifa və poetik forması, eləcə də mətnlərin xüsusiyyətləri tədqiq olunur.

Bu kitab 2013-cü ildə “Oğuznamə yaradıcılığı” adı ilə çapdan çıxıb. Elmi auditoriyanın marağını nəzərə alaraq kitab ikinci dəfə nəşr olunub. Bununla yanaşı, bu nəşr əvvəlkinin təkrarı deyil. Müəllif 2013-cü ildən kitabın üzərində düzəlişlər edilb, dəqiqləşdirmələr aparıb. Əsərə təxminən 70 səhifə əlavə edilib. Kitabın adında edilən dəyişiklik də təsadüfi deyil. Bu ad aparılan araşdırmanın mahiyyətini tam mənası ilə ifadə edir.

Kitabın elmi redaktoru akademik Muxtar Kazımoğlu-İmanovdur.

Xəbər lenti