Logo

“Şəhid Vüqar Məmmədovun xatirəsinə həsr edilmiş” esse-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

16.04.2021 17:42 237 baxış
IMG

Mənəvi Dəyərlərin Təbliği Fondunun elan etdiyi “Şəhid Vüqar Məmmədovun xatirəsinə həsr edilmiş” esse-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Mənəvi Dəyərlərin Təbliği Fondunun elan etdiyi “Şəhid Vüqar Məmmədovun xatirəsinə həsr edilmiş” esse-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mükafatlandırılma mərasimindən əvvəl Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Mərasimdə şəhidin valideynləri və esse-yazı müsabiqəsinin qalibləri iştirak ediblər. Vüqar Məmmədovun valideynləri şəhidin xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkürlərini bildiriblər. 


Mərasimdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Vətən Müharibəsində şəhid olanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını, onların qəhrəmanlıqlarının gələcək nəsillərə nümunə olacağını diqqətə çatdırıblar.


Daha sonra esse-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Xəbər lenti