Logo

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirak edən ekspertlərlə görüş olub

24.05.2024 21:33 152 baxış
IMG

Mayın 24-də Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirak edən ekspertlərlə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Görüşdə musiqi sənəti istiqaməti üzrə ali və orta təhsil müəssisələrinin əməkdaşları, görkəmli incəsənət xadimləri və bu il qabiliyyət imtahanlarına cəlb ediləcək yeni ekspert-müəllimlər və onlayn formada Naxçıvan Dövlət Universitetinin əməkdaşları iştirak ediblər.

İclasda 2023/2024-cü tədris ilində keçirilən qabiliyyət imtahanlarının nəticələri haqqında statistik məlumatlar müzakirə olunub. Daha sonra bu il keçiriləcək qabiliyyət imtahanları üçün nəzərdə tutulan yeni qiymətləndirmə meyarları, imtahan fənləri və bir sıra digər yeniliklər barədə məlumat verilib. 

İştirakçılara üçün musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının təşkili barədə hazırlanmış videoçarx da təqdim edilib. Görüş zamanı magistratura səviyyəsi üzrə musiqi sənətinə aid qabiliyyət imtahanlarının 9 iyun 2024-cü il tarixində keçiriləcəyi bildirilib.

Xəbər lenti