Noyabrın 25-də AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və Akademiyanın elmi müəssisə və təşkilatlarının nümayəndələri Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” sərgisini ziyarət ediblər.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.
Qeyd edilib ki, AMEA-nın kollektivi SPECA-nın yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan sərgidə nümayiş etdirilən stendlərlə tanış olub, məhsullar və avadanlıqlar barədə məlumat alıblar.