Logo

Quba Dövlət Sosial-iqtisadi kollecinin 100 yaşı tamam olur

27.03.2021 13:59 2233 baxış
IMG

Bu  gün  Quba Dövlət  Sosial - İqtisadi  Kollecinin 100  yaşı tamam olur.


Quba Kənd təsərrüfatı texnikumu 27 mart 1921 – ci il tarixdə Azərbaycan SSR Xalq Komissarlar Sovetinin qərarı ilə yaradılmışdır. Texnikum 1965 – ci ildən Quba şəhərinin mərkəzində layihə əsasında inşa edilmiş üç mərtəbli binada fəaliyət göstərir. 


SSRİ Nazirlər Sovetinin 23 iyul 1964 – cü il tarixli qərarına əsasən Azərbaycan SSR kənd təsərrüfatı Nazirliyinin 2 dekabr 1964 – cü il tarixli 472 saylı əmri ilə Kənd təsərrüfatı texikumunun bazasında Quba Sovxoz texnikumu yaradılmışdır.


Orta pillə kadrlarının hazırlanmasında, kənd təsərrüfatı məhsullarının istehsalı və satışında əldə etdiyi müvəffəqiyyətlərə görə Quba Sovxoz texnikumu SSR – i Ali Soveti Rəyasət heyətinin 26 yanvar 1971 – ci il tarixli fərmanı ilə “Şərəf nişanı” ordeni ilə təltif olumuşdur. 


Azərbaycan Respublikası Təhsil sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000 – ci il tarixli fərmanı ilə təhsil müəssisəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən alınıb Respublika Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir. 


Azərbaycan Respublikası Nazirlət kabinetinin 2002 – ci il 26 avqust tarixli 140 saylı qərarı ilə Quba kənd təsərrüfatı texnikumunun bazasında Quba Dövlət Sosial-İqtisadi kolleci yaradılmışdır.

Xəbər lenti