Logo

"Tərbiyə etməyə birinci valideynlərdən başlamalıyıq"

29.05.2023 18:52 491 baxış
IMG

"Bəzi valideynlər dövlət qurucularını və dövlət atributlarını tanımırlar".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Əli Ələkbərov deyib.

O bildirib ki, hal-hazırda Azərbaycan Respublikası ərazisində məskunlaşan əhalinin sayı 10 milyon nəfəri ötüb:

"Düşünsək ki, bu 10 milyon nəfərin 50 %-dən çoxu ali və orta ixtisas təshsil müəssisələrində təhsil almış vətəndaşlardır, bu şəxslərin əksəriyyəti dövlət qurucuları, onların siyasi fəaliyyətləri hətta dövlət atributları barədə məlumatları yoxdur. Hazırda ölkəmizdə 4 399 dövlət və 32 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alır. Hesab edirəm ki, hər hansı bir valideynin öz dövlət qrucusunu tanımaması və tarixi haqda məlumatının olmaması gənc nəslin gələcək uğurlarına müsbət təsir göstərə bilməz. Atalarımız yaxşı misal çəkmişlər: "Uşaqlar evin aynasıdır və evdəki əxlaqi abhavanı əks etdirir. Düşünün, gənc nəsil belə valideynlərdən nə örnək götürəcək? Hesab edirəm ki, biz öncə tərbiyə etməyə valideynlərdən başlamalıyıq".

Kənan Nağıbəyli

Xəbər lenti