Logo

BANM-in baş müəllimi “İlin mentoru” seçilib - FOTO

25.05.2023 09:34 408 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Aygül Musayeva Azərbaycan Qadınları İT-də Mükafatının (AWITA) qaliblərindən olub.

Ali məktəbdən "Tehsil.biz"ə verilən məlumata görə, texnologiya sənayesinin nüfuzlu şəxsləri və ictimai xadimlərdən ibarət münfislər heyəti tərəfindən seçilərək “İlin mentoru” nominasiyası üzrə qalib elan edilib.

AWITA qadınların texnologiya sahəsində nailiyyətlərini qeyd etmək və müxtəlifliyi dəstəkləmək üçün təşkil edilən illik tədbirdir. Missiyası sahəvi rol modelləri tanıtmaq və texnologiya sahəsinə gələcək yeni nəsil mütəxəssisləri ruhlandırmaqdır.

Xəbər lenti