Logo

BSU-nun şəhid məzunu Elnur Allahverdizadənin doğum günüdür

15.05.2023 09:01 388 baxış
IMG

Bu gün Bakı Slavyan Universitetinin (BSU) şəhid məzunu Elnur Allahverdizadənin doğum günüdür. 

Tehsil.biz xəbər verir ki, Elnur Allahverdizadə 1995-ci il, mayın 15-də Sumqayıt şəhərində anadan olub.

BSU-da tərcümə fakültəsində təhsil alıb.

 Azərbaycan Silahlı qüvvələrinin əsgəri Elnur Allahverdizadə  2020-ci il sentyabrın 27-də erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı  noyabrın 7-də Ağdam -Xocavənd istiqamətində gedən döyüşlər zamanı Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Xəbər lenti