Logo

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutundan müəllimlərin aldadılması ilə bağlı "AÇIQLAMA"

06.03.2021 17:19 1508 baxış
IMG

Sosial şəbəkələrdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) barədə bəzi iddialar gözə çarpmaqdadır. 

 

İddialara görə, TİPİİ tərəfindən müəllimlər üçün bir neçə təlim keçirilsə də, hələ də sertifikat təqdim olunmayıb. Şikayətçilər qeyd edir ki,  70 manat ödəniş edilməsinə baxmayaraq onları qane edən heç nə yoxdur.

 

Qeyd olunanlara görə, şikayətçilər problemlə əlaqədar adıçəkilən qurumla əlaqə saxlamağa çalışsalar da, teĺefonlara düşmək mümkün olmayıb.

 

Bildirilir ki, bir neçə ay öncə yarım təlim keçirilib, lakin sertifikat verilmir, təlimlərə də yenidən başlanılmır. Halbuki ödəniş alınıb.

 

Əziyyət çəkib təlimlərdə iştirak edənlər müəyyən qədər vəsait, vaxt itirdiklərini, lakin hazırda heç bir faydasının olmadığını və sertifikatla təmin edilmədiklərini deyirlər.

 

Məsələ ilə bağlı qurumdan Tehsil.biz redaksiyasına daxil olan zəng vasitəsi ilə iddiaların əsassız olduğu bildirilib. 

 

Yazılanların böhtan xarakterli olduğunu qeyd edən TİPİİ rəsmisi açıqlama verməkdən imtina edib.

Xəbər lenti