Logo

Direktorluğa qəbul üzrə imtahanlar keçirilir

06.03.2021 12:42 556 baxış
IMG

Martın 6-da direktorların işə qəbulu üzrə test imtahanlarına start verilib.

 

12 bölgədə yerləşən 25 imtahan mərkəzində təşkil olunan imtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilir.


İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunur.


İmtahanlar martın 7-də də davam edəcək.

Xəbər lenti