Logo

UNICEF bir ildir təhsil ala bilməyən uşaqların sayını açıqladı

04.03.2021 09:39 364 baxış
IMG

UNICEF koronavirus pandemiyasının uşaqlara və onların təhsilinə necə təsir göstərdiyinə dair hesabat yayımlayıb.

 

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, hesabata əsasən, hər yeddi uşaqdan biri, yəni 214 milyon uşaq əyani təhsil imkanının dörddə üçünü pandemiya səbəbindən itirib.

 

168 milyondan çox uşaq isə məktəblərin təxminən bir il bağlı qalması səbəbindən əyani təhsil ala bilməyib.

 

14 ölkədə 2020-ci ilin martından bu ilin fevralınadək məktəblər bağlı qalıb, üçdə ikisi Latın Amerikası və Karib dənizi hövzəsindən olan bu ölkələrdə 98 milyon məktəb yaşlı uşaq təsirə məruz qalıb.

 

Məktəblərn ən uzun müddət bağlı qaldığı ölkələrə Panama liderlik edir, onu isə Salvador, Banqladeş və Boliviya izləyir.

Xəbər lenti