Logo

Britaniya universitetində Novruz bayramı qeyd olunub

26.03.2023 22:15 207 baxış
IMG

Böyük Britaniyanın nüfuzlu ali təhsil ocaqlarından olan “Sussex” universitetində Novruz bayramı qeyd olunub.

Tehsil.biz xəbər verir ki, bayram tədbiri “Sussex” Universitetindətəhsil alan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan tələbələr tərəfindən təşkil edilib.

Bayram şənliyinə qatılan əcnəbi tələbələrə Novruz bayramının qədim ənənələri haqda məlumat verilib. Dünyanın bir çox ölkələrindən gəlib burda təhsil alan tələbələr, Novruz şirniyyatlarından dadıblar. Tədbirin təşkilatçılarından biri, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bu universitetdə magistr təhsili alan Kənan Məmmədov bildirib ki, tədbir tələbələr tərəfindən maraqla qarşılanıb. Tədbirdə Azərbaycan musiqiləri və ölkəmiz haqqında videoçarx nümayiş etdirilib.

Xəbər lenti