Logo

Azərbaycan Universiteti Tuscia Universiteti ilə birgə ikili diplom proqramı həyata keçirəcək

17.03.2023 19:31 540 baxış
IMG

Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti arasında beynəlxalq ikili diplom proqramının tətbiqinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Tehsil.biz xəbər verir ki, tərəflər müqavilə əsasında magistratura pilləsində “Biznesin təşkili və idarə edilməsi” (MBA, marketinq) ixtisaslaşması üzrə kadr hazırlığı həyata keçirəcək. 

İkili diplom proqramının icrasına cari ilin sentyabr ayında başlanacaq. Təhsil müddəti 2 təqvim ilidir. Yerli və xarici tələbələrə açıq olan proqramda dərslər hər iki ali təhsil müəssisəsinin professorları tərəfindən tədris ediləcək. Fənlərin tədrisi ingilis və italyan dillərində aparılacaq. Proqrama müraciətləri qəbul olunan magistratura tələbələri  birinci tədris ilində Azərbaycan Universitetində, ikinci tədris ilində isə İtaliyanın Tuscia Universitetində oxumaqla hər iki ali məktəbin magistr diplomunu əldə edəcəklər. 

Qeyd edək ki, Azərbaycan Universitetinin beynəlxalq ikili diplom proqramlarının sayı 2-yə çatıb. Hazırda Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti (XNURE) ilə kompüter mühəndisliyi ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində beynəlxalq ikili diplom proqramı tətbiq olunur.

Xəbər lenti