Logo

Onlayn müsahibə mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib

24.02.2021 22:40 438 baxış
IMG

5-18 fevral tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.  

 

Onlayn müsahibələrdə iştirak edən 2912 namizəddən 2715-i müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı qazanıb. 

 

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. Həmçinin, onlayn müsahibə mərhələsində uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.

Xəbər lenti