Logo

Dövlət Proqramı məzunundan növbəti təlim proqramı

24.02.2021 14:06 416 baxış
IMG

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.

 

26 fevral saat 17:00-da baş tutacaq təlim proqramı “Azərbaycan/Bakı XX əsrin əvvəllərində” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Queen Mary Universitetinin tarix və siyasət ixtisası üzrə bakalavriat pilləsindən məzun Turan Qafarlıdır.

 

Təlimdə iştirak etmək üçün müvafiq link  https://cutt.ly/BlzSjlf  vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.

 

Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Xəbər lenti