Logo

Ədəbiyyat və ingilis dili fənləri üzrə işçi qruplarının iclası keçirilib

30.01.2023 18:24 154 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzində ədəbiyyat və ingilis dili fənləri üzrə işçi qruplarının iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, gündəlik məsələlər ədəbiyyat fənnindən 6 iyul 2022-сi il tarixində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, ingilis dili fənnindən isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə otk.az portalı üçün hazırlanmış yeni sınaq variantının müzakirəsi olub. 

Hər iki fənn üzrə iclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlər ilə bağlı fikir bildirilib və təkliflər verilib.

Ədəbiyyat fənni üzrə tapşırıqların müzakirəsi başa çatıb. İşçi qrupunun rəyinə görə tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına tam uyğundur. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur. Tapşırıqlarla abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamaq və qiymətləndirmək mümkün olub.

Müzakirə nəticəsində ədəbiyyat fənnindən abituriyentlərin imtahanda zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək. Həmçinin müzakirələrdə bildirilmiş redaktə xarakterli düzəlişlər test banklarının təkmilləşdirilməsində nəzərə alınacaq.

İşçi qruplarının növbəti iclası 6 fevral 2023-cü il tarixində keçiriləcək.

Xəbər lenti