Logo

Bakı Şəhəri üzrə Təhsil İdarəsində görüş keçirilib - FOTO

30.01.2023 14:48 283 baxış
IMG

Qurumlararası əməkdaşlıqla bağlı Koordinasiya Şurasının yaradılması ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Anar İsrafilov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, İdarənin struktur bölmə rəhbərləri və digər qonaqlar iştirak ediblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva qurumlararası əməkdaşlıqla bağlı Koordinasiya Şurasının yaradılmasının əhəmiyyətindən danışıb. İdarə müdiri bildirib ki, Koordinasiya Şurasının yaradılmasında əsas məqsəd müvafiq qurumların təhsilalanlara, təhsilverənlərə və təhsil prosesinin digər iştirakçılarına dair daxil olmuş məlumatların və müraciətlərin çevik mübadiləsini aparmaq, təxirəsalınmaz tədbirləri təmin etmək, uşaqların müdafiəsi istiqamətində fəal iştirak etmək və əməkdaşlığı daha da genişləndirməkdən ibarətdir.

İdarə müdiri Koordinasiya Şurasının yaradılması ilə bağlı qarşıya qoyulan mühüm vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyin, uşaqların müdafiəsinə xüsusi diqqət ayırmağın və maarifləndirmə işlərinin daha da genişləndirilməsinə dəstək verməyin vacibliyinə toxunub.

Məktəbəqədər və ümumtəhsil müəssisələrində baş verən hadisələrə qanunvericiliyə uyğun, çevik və təsirli müdaxilənin gərəkli olduğunu vurğulayan tədbir iştirakçıları bu istiqamətdə vahid əlaqələnmə yaradan BŞTİ-yə təşəkkür edib, qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını söyləyiblər.

Çıxış edənlər uşaqlara qarşı cəmiyyətin bütün təbəqələrinin həssas münasibətinin zəruri olduğunu bildirib, Koordinasiya Şurasının həyata keçirəcəyi işlərin həmçinin gələcəyimiz olan uşaqların müdafiəsi istiqamətində uğurlu nəticələrə yol açacağına, xoşbəxt cəmiyyətin formalaşmasına töhfə verəcəyinə inandıqlarını bildiriblər.

Sonda BŞTİ ilə müvafiq qurumlar arasında əməkdaşlıq Protokolu imzalanıb.

Xəbər lenti