Logo

Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Birliyi bəyanat yayıb

29.01.2023 22:28 336 baxış
IMG

Ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş silahlı hücum ABŞ-da təhsil alan azərbaycanlı tələbələri hiddətləndirib.

Tehsil.biz xəbər verir ki, Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Birliyinin yaydığı bəyanatda Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənilib.

Gənclər ABŞ və beynəlxalq ictimaiyyəti insanlığa və diplomatik normalara zidd olan bu cinayətə, İran və Ermənistanın son vaxtlar Azərbaycanın sərhədləri daxilində davamlı olaraq qanunsuz əməllər törətməsinə göz yummamağa, regionda sabitliyin pozulmasına yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.

Xəbər lenti