Logo

Şahin Mustafayev Qazaxıstanın maarif naziri ilə görüşüb

29.01.2023 13:22 214 baxış
IMG

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev Qazaxıstanın maarif naziri Qani Beysembayevlə görüşüb.

"Tehsil.biz"in məlumatına görə, tərəflər görüşdə türk dünyasında təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib, təhsil prosesinin prioritet istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə Ş.Mustafayev “Ümumtürk tarixi”, “Ümumtürk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” fənlərinin məktəb proqramlarında fəal tədrisi barədə fikrini bölüşüb. Göstərilən fənlər üzrə dərsliklər rəsmi olaraq Beynəlxalq Türk Akademiyasının Elmi şurasının keçən il Astanada keçirilən V iclasında təsdiq edilib.

Q.Beysembayev təhsil sistemində prioritet istiqamətləri vurğulayıb, böyüməkdə olan nəsil tərəfindən ümumi tarixin və türk ölkələri arasında əlaqələrin möhkəmlənməsinin dərk edilməsinin vacibliyini bildirib.

Nazir Beynəlxalq Türk Akademiyasının bu istiqamətdə işini müsbət qiymətləndirib və onun gələcək təşəbbüslərini dəstəklədiyini bildirib.

Görüşün sonunda Ş.Mustafayev tanınmış maarifçi Əhməd Baytursunovun 150 illik yubileyi çərçivəsində Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr olunmuş əsərləri maarif nazirinə təqdim edib.

Xəbər lenti