Logo

Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib

27.01.2023 17:17 187 baxış
IMG

Dövlət İmtahan Mərkəzində (DİM) yanvarın 27-də coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

Tehsil.biz xəbər verir ki, gündəlik məsələ coğrafiya fənnindən II ixtisas qrupu üzrə 7 iyul 2022‑ci il tarixində, riyaziyyat fənnindən isə II ixtisas qrupu üzrə 22 may 2022-сi il tarixində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

Hər iki fənn üzrə imtahanlarda istifadə edilmiş 10 test tapşırığının imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlili aparılıb.

Bir neçə tapşırıqda yalnız redaktə xarakterli düzəlişlər edilib. Bu düzəlişlər test bankının təkmilləşdirilməsi zamanı nəzərə alınacaq.

3 fevral 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.

Xəbər lenti