Logo

“Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri“ mövzusunda növbəti təlim təşkil olunub

02.12.2022 17:00 187 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən dekabrın 1-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri“ mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlim zamanı DİM-in İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynova-Didavari sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üçün ümumi tələblər, sənədlərin dövriyyəsinin təşkili, sənədlərin qeydə alınması və məlumat aparatının quruluşu, sənədlərin icrasına nəzarətin təşkili, işlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları, elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri və s. mövzular barədə iştirakçıları məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti