Logo

Akademik Yaqub Mahmudov İsrail Akademiyasının həqiqi üzvü seçilib

02.12.2022 11:11 182 baxış
IMG

AMEA-nın həqiqi üzvü, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov Elmlərin İnkişafı üzrə Müstəqil İsrail Akademiyası (EİMİA) Rəyasət Heyətinin 2022-ci il 10 noyabr tarixli qərarı ilə EİMİA-nın həqiqi üzvü seçilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən bildirilib ki, tarixçi-alimə bu ad Azərbaycan-İsrail əlaqələri tarixinin araşdırılmasındakı xidmətlərinə görə verilib.

Yaqub Mahmudov Azərbaycan həqiqətlərinin dünyada, o cümlədən İsraildə təbliğinə töhfələr verib. Akademikin müxtəlif dillərdə yayılan “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ibri dilində də nəşr olunub. Hazırda onun elmi rəhbərliyi ilə “İsrail tarixşünaslığında Azərbaycan tarixi məsələləri” mövzusunda araşdırmalar aparılır.

Qeyd edək ki, bundan əvvəl o, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq Aytmatov Akademiyasının, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının, İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının və İtaliyanın Bonifasiana Akademiyasının həqiqi üzvü seçilib.

Xəbər lenti