Logo

GRE General Test imtahanı keçirilib

01.12.2022 14:43 160 baxış
IMG

Dövlət İmtahan Mərkəzində dekabrın 1-də GRE General Test imtahanı keçirilib.

Tehsil.biz xəbər verir ki, imtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

İmtahanda 2 nəfər iştirak edib. 

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. 

Növbəti GRE General Test imtahanının 15 dekabr 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/activities/exams/gre/

Xəbər lenti